Səlim Müslümovun vəzifəli qohumları işdən çıxarılır - SİYAHI 

Səlim Müslümovun vəzifəli qohumları işdən çıxarılır – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.
Xəbər verdiyimiz kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mayın 8-də nazirlikdə ilk kadr dəyişikliyini həyata keçirib.
A24.Az xəbər verir ki, bu barədə məlumatı Mia.az saytı yayıb.
Bildirilib ki, nazirin əmri ilə aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev artıq işdən çıxarılıblar:
“Vəzifədən çıxarılan mətbuat katibi Elman Babayevin vəzifəsi müvəqqəti olaraq şöbənin sektor müdiri Pərviz Cəfərova, digər vəzifədən çxıarılanların səlahiyyətləri isə müavinlərinə həvalə olunub”.
Mia.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə nazirlikdə növbəti dəyişikliklər olacaq:
“Bu dəyişikliklər zamanı isə nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova, Dövlət Əmək Müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə (Səlim Müslümovun dayısının kürəkəni), həmçinin Dövlət Sosial Müdafiəsi Fondunun sədri, 4 ildir hər il yenilən müavilə ilə vəzifəsi uzadılan 67 yaşlı Zakir Babayev, həmin fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi, Səlim Müslümovun qaynı Ağalar Xasayev, Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev (Keçmiş aparat rəhbəri əjdər Cəbiyevin qardaşı), həmçinin nazirliyin Nəsimi rayon social müdafiəsi mərkəzinin rəhbəri Əsgər Əsgərov(Səlim Müslümovun bacısının həyat yoldaşı) və digər vəzifəli şəxslərin işdən çıxarılması gözlənilir”.
Məlumata görə, səlim Müslümov və digər vəzifəli şəxslərin bu nazirlikdə qohum-əqrabası, dost-tanışları çoxdur və onların qısa zamanda, vəzifələrən kənarlaşdırılması gündəmdədir.
Məlumata görə, yeni nazir Sahil Babayev hələlik işdən çxıarılanların yerinə təyinat da aparmayıb. Güman olunur ki, çox yaxın günlərdə bu istiqamətdə də addımlar atılacaq.
A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar