Səməd Seyidov AŞPA-nın yay sessiyasında iştirak edəcək

Səməd Seyidov AŞPA-nın yay sessiyasında iştirak edəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Milli Məclisinin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 24-dən iyulun 1-dək Strasburqda səfərdə olacaqlar.

MM-dən “Report”a verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə, Çingiz Qənizadə, Elşad Həsənov, Naqif Həmzəyev daxildir.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, AŞPA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcəkdir. Sessiya çərçivəsində 11 aprel 2018-ci ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri, Suriyanın qonşu ölkələrində qaçqınların humanitar vəziyyəti, Avropa Şurasına üzv dövlətlərdə insan hüquqları müdafiəçilərinin qorunması, bu ölkələrdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti, İqtisadiyyatda qadınların bilik və bacarıqlarının artırılması, Mədəni irs abidələrinin qanunsuz satışı və dağıdılması mövzularında müzakirələr aparılacaq.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar