A24 Xeber

Səməd Seyidovun mandatı DONDURULUR: Sanksiya qəbul edildi

Səməd Seyidovun mandatı DONDURULUR: Sanksiya qəbul edildi
150
16 May 2018 - 15:09

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan barəsində araşdırma aparan müstəqil komitəsi Səməd Seyidov başda olmaqla 4 deputatın mandatının dondurulması barədə qərar qəbul edib.

A24.Az Virtualaz.org-a istinadən xəbər verir ki, sanksiya Səməd Seyidovdan başqa Sezar Florina Predaya, Pedro Aqramunta və Cordi Xuclıya da toxunub.

Ukrayna nümayəndə heyətinin başçısı Vladimir Aryevin sosial şəbəkədə bildirib ki, bu qərar AŞPA-dakı ölkələrin nümayəndəliklərinə şamil edilmir.

Sanksiyalar Pedro Aqramunta müşahidə missiyalarında iştirak etməyi və 10 il ərzində məruzəçi vəzifəsini tutmağı qadağan edir. Analoji qadağa Seyidov, Preda və Xuclı barəsində 2 il müddətinə tətbiq olunacaq.

Onu da qeyd edək ki, Komitənin qərarı son hədd deyil və mayın 16-da rəsmi informasiyanın yayılacağı gözlənilir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00