Şəmkirdə ailəyə basqın edildi: Yaralılar var

Şəmkirdə ailəyə basqın edildi: Yaralılar var
Want create site? Find Free WordPress Themes and plugins.

Şəmkir rayonuda baş vermiş hadisənin təfərrüatları məlum olub. 

A24.Az “Report”a istinadən xəbər verir ki, adı hələlik açıqlanmayan, həyat yoldaşı ilə rəsmi şəkildə boşanmayan, lakin ayrı yaşayan ər sərxoş vəziyyətdə, bıçaqla qaynatasının evinə gəlib. O, övladlarını görmək istədiyini deyib və bu zaman tərəflər arasında əvvəlcə mübahisə yaranıb, sonra isə dava baş verib.

Dava zamanı kişinin həyat yoldaşı, 40 yaşlı Orucova Nazənin, qaynanası xəsarət alıblar. Hadisə zamanı habelə ailənin evdə olan daha bir qohumu isə ürəktutmadan özündən gedib.

Hadisə yerinə çağırılan həkimlər hər 3 şəxsə tibbi yardım göstərib. Evə basqın edən kişi polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, oxşar hadisə əvvəllər də baş verib və kişi boşanmaq istəmədiyini, övladlarını istədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.


***23:33

Şəmkir rayonunda qohumlar arasında mübahisə yaranıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində baş verib.

İlkin məlumata görə, bir ailəyə bıçaqla basqın edilib. Yaralıların olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar