Şəmkirdə boynu sınan əsgərin anasının tükürpədici fəryadı: "Oğlumu..." -  VİDEO

Şəmkirdə boynu sınan əsgərin anasının tükürpədici fəryadı: “Oğlumu…” –  VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

2017-ci ildə Şəmkir rayonuna məzuniyyətə gələn 19 yaşlı əsgər Həsənli İbrahim göldə çimərkən boynunun fəqərə sümükləri sındırdığı üçün yatağa məhkum olub.

A24.az xəbər verir ki, ailəsi Şəmkirdə və Gəncədə baxıldıqdan sonra onu Bakıya gətiriblər. Əməliyyatın riskli olacağını və yaşamasının mümkünsüz olacağını öyrənsələrdə son çarə olan əməliyyat vaz keçməyiblər. Əməliyyatın nəticəsində Həsənli İbrahim həyatda qalsa da qalan ömrünü yataraq, yataq xəstəsi olaraq keçirəcəyini deyirlər. Həkimlər ailəyə ” bu vəziyyətə öyrəşin, bunun çarəsi yoxdur” desələr də qardaşı onun səhhətində düzəlmələrin olduğunu, sadəcə həkimlərin laqed davrandığını söyləyir.

“3 oğul böyütmüşəm, vətənə 3 əsgər vermişəm, xahiş edirəm mənim balama kömək edin. 19 yaşı var hələ gələcəyi qabaqdadır” deyərək fəryad edən ana müalicənin Türkiyədə olduğunu və onlara köməklik göstərilməsini xahiş edir.

Qeyd edək ki, İbrahimin əsgərlik müddəti hələ tamamlanmayıb və aprel ayına qədər davam edəcək.

Pərvin Abgül//A24.az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar