Sən demə, bütün xəstəliklərin 3 SƏBƏBİ VARMIŞ

Sən demə, bütün xəstəliklərin 3 SƏBƏBİ VARMIŞ
Want create site? Find Free WordPress Themes and plugins.

Şamanlar bilirlər ki, həyatımızda baş verən hər şeyin kökü fikirlərimizlə bağlıdır.

Şamanlar cadugər deyil, onlar daha yüksək şüur vəziyyətinə – medidativ transa girə bilir və anormal şəraitdə baş verənləri qavraya bilən real kişilər və qadınlardır. Şamanlar çətin məşq sayəsində yüksək dərketmə qabiliyyətinə malikdir, onlar fiziki bədənlərindən ayrılaraq öz daxili aləminə səyahət edirlər. Şaman fiziki bədən və ruh arasındakı fərqi çox aydın görür və onları bir-birinin tamamlayıcısı hesab edir.

“A24.az” xəbər verir ki, xəstəliyin öhdəsindən gəlmək üçün şamanlar səbəb və nəticə arasında qarşılıqlı əlaqəyə diqqət edir. Biz bilirik ki, fiziki olaraq bədən həyatı ərzində bir neçə dəyişikliklərə məruz qalır. Bədən virusa yoluxur, bədbəxt hadisələr baş verir, yaralar, çapıqlar, qançırlar əmələ gəlir və hətta sümüklər sınır.

Xərçəng, ürək xəstəlikləri, hepatit, skleroz kimi çox ciddi xəstəliklər fiziki bədənin sürətlə yaşlanmasına, nəticədə ölümünə səbəb olur. Şamanların inanclarına görə, bu, bəsit təsirlərdir. Həqiqi sağaltma üçün xəstəliklərin simptomlarını sadəcə dərmanlarla müalicə etmək kifayət etmir. Bunun üçün biz ilk növbədə xəstəliyin kökündə dayanan səbəbləri həll etməliyik.

Şaman nöqteyi-nəzərindən xəstəliyin üç klassik səbəbi var və bu, bakteriya, mikrob və ya viruslar deyil. Bu, daxili aləmin vəziyyətidir.

Birinci səbəbi – daxili disharmoniya

İlk səbəbi daxili harmoniyanın pozulmasıdır. Bizim üçün əhəmiyyətli olan münasibətlərə son verdikdə və ya aid olma duyğusundan məhrum qaldıqda daxili uyğunsuzluğuq baş verir. Məsələn, yaşlı ər-arvaddan birinin qəfildən ölümü disharmoniya (harmoniyanın pozulması) yaradır.

Disharmoniya daxili gücün azalmasına gətirib çıxarır ki, bu da orqanizmin çökməsinə səbəb olur və bizi xəstəliyə qarşı həssas edir.

İkinci səbəb – qorxu

Xroniki qorxusu olan insan xəstəliyə qarşı həssas olur, çünki qorxu immun sisteminin imkanlarını azaldır. Həkimlər də bilir ki, qorxu və disharmoniya xəstəlikləri zamanı yaranır və müasir elm tərəfindən qəbul edilir.

Üçüncü səbəb – ruhun itirilməsi

Bu, bir çox cəhətdən maraqlıdır. Şamanların inancına görə, ruhun itirilməsi ağır xəstəliklərin yaranmasına və vaxtından əvvəl ölümünə səbəb olan ən ciddi diaqnozdur. Lakin ənənəvi təbabətdə bu aspektə istinad yoxdur.

Ruhun itirilməsi nə deməkdir?

Ruhun itməsi dedikdə insanın həyatda aldığı ağır zərbələr nəzərdə tutulur. Məsələn, uşağın öz istəyi olmadan məcburi şəkildə məktəbə yollamaq, yaxud da başqalarının rişxənd obyekti olması ona ağır zərbə vura bilər. Ruhun itməsi zorakılıq və ya hücum nəticəsində ola bilər. Həmçinin xəyanət, sədaqətsizlik, etibar etdiyi insanlara etibarını itirməsi, ağır boşanma, travmatik düşük, qorxunc avtomobil qəzası, hətta cərrahi müdaxilə nəticəsində də ruh itkisinin baş verməsi mümkündür.

İraq və ya Əfqanıstan müharibəsindən qayıdan könüllülər oradan çox pis halda qayıdıblar, çünki dəhşətli döyüş səhnələri onlara emosional baxımdan əzab verib. Təəssüf ki, qərb həkimləri onları həqiqi mənada sağalda bilmikdələrindən bu insanların bir çoxu indiyə qədər aldığı travma ilə yaşayır. Və normal həyatına firavan şəkildə davam edə bilmir.

Ruhun itdiyini göstərən əsas simptonlar

Özünü yerində hiss etməmək duyğusu, sevmək qabiliyyətini itirmək və ya sevgi aclığı;

Ani süstlük və laqeydliyin sizi intahara sövq etməsi;

Ənənəvi nöqteyi-nəzərdən bu xəstəlik bir işğalçı kimi görünür. Çünki o bədənə kənara daxil olan və bədənə aid olmayan bir şeydir. Ən əhəmiyyətli problem gücün itirilməsi və ya xəstəliyin bədənə daxil olmasına və ortaya çıxmasına icazə verən hissəsinin itirilməsidir. Bu problemin həllində şaman əsas rol oynayır.

Şamanlıq ənənəsinə uyğun olaraq, şəfa mərhələləri baş verir.

Birinci mərhələni gücün artırılması adlandırmaq olar. Bu zaman şaman xəstəyə daha çox enerji ötürür.

İkinci mərhələ – problemin diaqnozudur, orqanizmdə səbəbin müəyyən edilməsi və onun xəstəyə təsirini müəyyənləşdirməkdir.

Üçüncü mərhələ isə xəstənin özü öz müalicəsinə başlaması prosesini əhatə edir.

Publika.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar