Senatorlar Səudiyyəyə dəstək olan Trampa reaksiya verdi

Senatorlar Səudiyyəyə dəstək olan Trampa reaksiya verdi
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvləri Tramp hökumətinə Yəmən məsələsində Səudiyyə Ərəbistanına şərtsiz dəstək verməsi üçün reaksiya göstərib.

“A24.az” xəbər verir ki, Komitənin keçirdiyi “ABŞ-ın Yəmən siyasəti” mövzulu iclasında Xarici İşlər Nazirliyindən Müsteşar David Satterfield, Müdafiə Nazirliyindən Müsteşar Robert S. Karem və ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) Robert Jenkins iştirak edib.

İclas zamanı senatorların, xüsusilə də ABŞ-ın Yəmən siyasətində Səudiyyə Ərəbistanına göstərdiyi reaksiya diqqət çəkib. Senator Bob Menendez çıxış edənlərə “Sənin oğlun arxa bağçada tapancasıyla sağa, sola qarşısına çıxana atəş etsə, qonşularını təhlükəyə atsa, ona daha çox, yoxsa az silah verərsən?” sualını ünvanlayaraq Səudiyyə Ərəbistanına verilən dəstəyi müzakirə edib.

Buna qarşılıq olaraq Satterfield və Karem hökumətin Yəməndə sakinlərin öldürülməsinin qarşısını almaq üçün səy göstərdiyini irəli sürüb. Satterfield “Əlimizdən gələn bütün imkanlardan istifadə edərək insan tələfatının qarşısını almağa və ticarət əlaqələrini davam etdirməyə çalışırıq” deyə bildirib.

Senator Todd Young da Səudiyyə Ərəbistanına verilən dəstəyə reaksiya göstərərək “Səudiyyəyə qarşı ortaya nə kimi şərtlər qoyduq?” sualına cavab verib. İlk olaraq sualdan qaçmağa çalışan senator israrla cavab istənildiyi üçün “Şərtsiz dəstək veririk” ifadəsini işlədib. Bu ifadədən sonra Tramp hökumətini təmsil edənlər iclasda səssiz qalmağı üstün tutublar.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar