Şenol Günəş: Tərəfdarlarımız get deməsə, getməyəcəm

Şenol Günəş: Tərəfdarlarımız get deməsə, getməyəcəm
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin “Beşiktaş” futbol klubunun baş məşqçisi Şenol Günəş “Kayserispor” matçı ərəfəsində mətbuata açıqlamalar verib.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istefa verəcəyi ilə bağlı yayılan iddialara cavab verən Şenol Günəş azarkeşlər istəmədiyi müddətdə vəzifəsini buraxmayacağını deyib.

Şenol Günəş istefası ilə bağlı iddialara belə cavab verib: “Hazırda öz işimi görürəm. Danışmağımda fayda yoxdu, susuram amma susdukca da səbrimizin sınandığını görürük. Mənim daha 1 il müqavilə müddətim var. İstefamla bağlı təqiblər var amma səbirli olmaq məcburiyyətindəyik. Səbrli olmağımız təslim olduğumuzu göstərə bilməz. 50 illik futbol karyeramd səhvlər var, amma hər kəs səhv tapmaq istəsə tapar. İttiham edərək azarkeş üzərində qəzəb çıxaran, ortalığı toz dumana qatıb ara qızışdıranlardan olmadıq, olmayacağıq”, – deyə baş məşqçi bildirib.

“Tərəfdarlarımız get demədiyi müddət ərzində buradan ayrılmaram. Xarakterim, xəttim bəllidir”, – deyə Şenol Günəş əlavə edib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar