A24 Xeber

Şenol Günəşin başını yardılar – FOTOLAR

Şenol Günəşin başını yardılar – FOTOLAR
49
20 Aprel 2018 - 9:46

“Ziraat Türkiyə Kuboku” çərçivəsində keçirilən “Fənərbaxça”- “Beşiktaş” derbisində ağ- qaraların baş məşqçisi Şenol Günəşə yad cisim atılıb. 

A24.Az xəbər verir ki, hadisə matçın 57-ci dəqiqəsində baş verib.

Təcrübəli məşqçi başına dəyən yad cisimdən bir anda yerə yıxılıb.

Baş verən hadisələrdən, oyun yarıda kəsilib və tətil elan edilib. Matçdakı gərginlik, futbolçulara da yansıyıb və iki komandanın oyunçuları soyunub-geyinmə otağında mübahisə ediblər.

Türk mediasının məlumatına görə, Şenol Günəş təcili yardım maşınına mindirilərkən, ona hücum olub.

Təzyiqlərə baxmayaraq təcrübəli məşqçi xəstəxanaya çatıdırılıb. Məlumatlara görə, məşqçinin başına tikiş atılıb və müşhidə üçün 24 saat xəstəxanada saxlanılıb.

Nərmin Kərim, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00