A24 Xeber

Serbiya “Erməni soyqırımı” ilə bağlı qərarını açıqladı

Serbiya “Erməni soyqırımı” ilə bağlı qərarını açıqladı
167
09 Mart 2018 - 16:11

1915-ci il hadisələri ilə bağlı erməni iddialarının “soyqırım” kimi tanınması ideyası məclisdə səs çoxluğu ilə rədd edildi.

A24.az xəbər verir ki, Serbiya Parlamenti 1915-ci il hadisələri ilə bağlı erməni iddialarının “soyqırım” kimi tanınmasını tələb edən çağırışların parlamentin gündəminə daxil olmasını rədd edib.

Müxalifətin yeni partiyasədri Zoran Zivkoviçin “Erməni soyqırımı” məsələsini parlametin gündəminə salma təklifinə 139 millət vəkili “yox” deyə səs verib.

Erməni iddialarının 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınması təklifi ilk dəfə 2010-cu ildə Sırbiya Radikal Partiyası (SRS) tərəfindən təklif olunmuşdu.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00