A24 Xeber

Serbiya prezidenti: “Krımı Rusiya ərazisi kimi tanıya bilmərik”

Serbiya prezidenti: “Krımı Rusiya ərazisi kimi tanıya bilmərik”
35
03 İyun 2018 - 1:34

Rusiya ilə yaxın münasibətlərə malik olan Serbiyanın prezidenti Aleksandr Vuçiç Krımı Rusiyanın tərkib hissəsi olaraq tanımamalarının səbəbini açıqlayıb.

A. Vuçiç Fransanın “Monde” qəzetinə müsahibəsində bildirib ki, Krımı Rusiya ərazisi kimi tanımaq Kosovonun müstəqilliyinə dəstək mənasına gələr: “Biz Krımı Rusiyanın tərkib hissəsi kimi tanımamışıq. Çünki belə etsək, bu, o mənaya gələrdi ki, biz Kosovonun müstəqilliyini dəstəkləyirik”.

A. Vuçiç qeyd edib ki, Belqrad Avropa Birliyinə daxil olmaq istəsə də, Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Onun fikrincə, avrointeqrasiya və Rusiya ilə yaxşı münasibətlər bir-birinə zidd deyil.

 Xatırladaq ki, əvvəl keçmiş Yuqoslaviyanın tərkibində olan Kosovo 2008-ci ildə müstəqilliyini elan edib və indiyə qədər 114 dövlət tərəfindən tanınıb. //apa
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00