Sərçələri qırdılar deyə 30 milyon insan aclıqdan öldü

Sərçələri qırdılar deyə 30 milyon insan aclıqdan öldü
Want create site? Find Free WordPress Themes and plugins.

1960-cı illərdə Çində Mao Zedongun əmri ilə sərçələrin kütləvi məhvi kampaniyası təşkil olunur.

“A24.az” “mətbuat.az”a istinadən xəbər verir ki, təbliğatın səbəbi belə izah edilirdi ki; sərçələr taxılın kütləvi məhvinə səbəb olurlar və milli kənd təsərrüfatına ziyan verirlər. Məlumdur ki, sərçələr havada 15 dəqiqədən çox qala bilmirlər. Təbliğata cəlb olunmuş bütün iştirakçılar damlardan sərçələri qovurdular və quşlar yerə düşürdülər.

Kampaniya müddətində 1,96 milyard sərçə məhv edilmişdi. Nəticədə çəyirtkə və tırtılların sayı artdı. Bu artımın nəticəsi 10-30 milyon insanın aclıqdan ölməsinə səbəb oldu. Mao Zedong bu kampaniyanın səhv qərar olduğunu etiraf etdi və təbliğata son verilməsini əmr etdi. Sərçələrin bərpa edilməsi üçün Kanada və SSRİ-dən sərçə idxalı başlandı.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar