Şərəfli ömür yolu

Şərəfli ömür yolu
Want create site? Find Free WordPress Themes and plugins.
Tale hər kəsin qismətinə bir ömür payı yazır. Hər kəs bu ömrü öz bildiyi kimi yaşayır. O insanlar ki ömrünü mənalı bir işə sərf edir, onlar özlərindən sonra həyatda silinməz izlər buraxır. Xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur.

Elə şəxsiyyətlər var ki, onların həyat yolu sözün əsl mənasında hər kəsə bir nümunədir. Bələ müdrik insanlardan biri də etdiyi xeyirxah əməllərlə və gördüyü işlərlə hər kəsin qəlbinə yol tapan Hacı Madər Musayevdir.

Onun haqqında bu yazıya elə öz sözləri ilə də başlamaq istərdim.

“Ömür ki, var bir fürsətdir, Tanrının bizə verdiyi möhlətdir. Bu ömürdə nəyəsə nail olanlar həyatda qazanan insanlardır. Çox yaşamaq öz əlimizdə deyil, adımızı yaşatmaqsa əlimizdədir. İnsan nəyin bahasına olursa-olsun adını qorumalıdır. Adını qoruya bilməyən insan deyil”

Millət vəkili Hacı Madər Musayev  1947-ci il noyabrın 26-da Bakı şəhərində doğulub. 182 saylı orta məktəbdə təhsil alıb. 1975-1982-ci illərdə Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsində oxuyub. «Şərəf» və «Şöhrət» ordenləri ilə təltif edilib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib. 1986–1995-ci illərdə «Bahar» ticarət mərkəzinin müdiri olub.

İlk dəfə 1990-cı ildə 12-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib.

1995,2000,2005,2010, 2015-ci illərdə xalq onun Milli Məclisdə deputatlığına səs verib. Milli Məclisin iqtisadi siyasət daimi komisiyasının üzvü olub. Təcrübəli iqtisadçı kimi bu komisiyanın işində, mühüm sənədlərin, qərarların hazırlanmasında fəallıq göstərib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-İran, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. İki oğlu, bir qızı, doqquz nəvəsi, bir nəticəsi var.

“Mənim üçün ən böyük siyasət insanların xoşbəxtliyi, firavanlığı, gözəl yaşayışıdır!” şüarı ilə doğulub böyüdüyü Binəqədi rayonunda öz mərdliyi, nəcibliyi ilə tanınan, bir əli daim əlsiz-ayaqsızların, imkansızların, dara düşənlərin dərdli insanların yanında olan Hacı Madərin gördüyü işləri saymaqla bitməz. Binəqədi rayon sakinlərinin sözləri ilə desək Hacı Madər Binəqədi rayonu, onun yoxsulları üçün əvəzedilməz insandır. Onun gördüyü işlərin kiçik bir qismini sadalamaq burada yerinə düşər.

Biləcəri qəsəbəsində evləri yanaraq külə dönən 8 məcburi köçkün ailəsi, eləcə də 20 Yanvar əlili Arif Qədimov Hacı Madərin təşəbbüsü ilə 3 otaqlı tam təmirli və əşyalı evlə təmin edilib. Bundan başqa o, vaxtilə bir neçə məktəbin təmir işlərini də diqqət mərkəzində saxlayıb.

1988-ci ildə Ermənistandan köçkünlər gələndə onlara ilk həyan olan adam da elə məhz Hacı Madər olub.

Binəqədi rayonu, eləcə də Biləcəri qəsəbəsindəki dəyişiklik və inkişaf da gözdən qaçmır. Təzə yollar çəkilib, yeraltı keçid tikilib, yüz yaşlı Mədəniyyət evi üçün gözəl bina istifadəyə verilib. Hacı Madər Musayev yaşadığı Binəqədi rayonunu mütəmadi olaraq gəzir, sakinlərlə görüşlər keçirir və onların problemlərində yaxından dəstək göstərir.

Onun diqqət və qayğısı ilə Biləcəri sakinlərinin ən böyük problemlərindən olan tunel problemi öz həllini tapıb. Tıxaclara səbəb olan birtərəfli tunel qısa zamanda hündürlüyü 4, uzunluğu 88 metr olan ikitərəfli tunellə əvəz edilib.
Madər Musayev çox sayda mükafatlara layiq görülüb. Özü isə ən dəyərli mükafatını Azərbaycanın “Şöhrət” və Şərəf” ordenləri hesab edir.

Madər Musayev.jpg

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar