A24 Xeber

Sergey Lavrov: “Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir”

Sergey Lavrov: “Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir”
45
08 Aprel 2018 - 21:53

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlarda irəliləyişin əldə edilməsi üçün bir-birlərinə qarşı inamsızlıqdan imtina etməli, 2011-ci ildə keçirilmiş Kazan sammitinin razılaşmalarından istifadə etməlidirlər.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan mətbuatına müsahibəsində deyib.

Müsahibənin mətni Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

“Ən vacibi inamsızlıqdan çəkilmək, – hansı ki, əvvəlki kimi bəzən danışıqların gedişatında görünür – və həqiqi, praqmatik ideyalarda cəmləşməkdir”, – deyə Lavrov bildirib.

Onun sözlərinə görə bu ideyaları “kağıza qoymaq” (rəsmiləşdirmək-red) lazımdır.

Rusiyanın XİN rəhbəri qeyd edib ki, 2011-ci ildə Kazan sammitinə hazırlıq o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri arasında da intensiv aparılıb.

“Lakin sammitin gedişatında əlavə məsələlər və şərhlər ortaya çıxdı. Belə hallar olur. Biz bunu xüsusi faciəyə çevirmirik. İş davam etməlidir”, – deyə Lavrov vurğulayıb.

O, qeyd edib ki, Kazan sammitinin bir çox müddəaları hələ də aktuallığını itirməyib. //report

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00