A24 Xeber

Sergey Skripalın anasının səhhətində problem yaranıb

Sergey Skripalın anasının səhhətində problem yaranıb
23
25 Aprel 2018 - 2:44

Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın anasının səhhətində problem yaranıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, bu barədə qadının nəvəsi Viktoriya Skripal bildirib.

O, qeyd edib ki, xəstəyə tibbi yardım göstərmək üçün təcili yardım çağırılıb. V.Skripalın sözlərinə görə, 3 gündür ki, 90 yaşlı qadının ürəyində sancılar yaranıb.

Qadının ürəyi sabah kardioqram ediləcək. “90 yaş – insan 90 yaşda özünü necə hiss edə bilər?”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Britaniyada, Solsberidə zəhərləniblər.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00