A24 Xeber

Sərhədçilər saxta pasportla Avropaya getmək istəyən 3 əcnəbini saxlayıblar

Sərhədçilər saxta pasportla Avropaya getmək istəyən 3 əcnəbini saxlayıblar
61
27 Aprel 2018 - 10:02

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd mühafizə tədbirləri uğurla davam etdirilir.

A24.Az xəbər verir ki, Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıq­lığı və pe­şəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta sənədlərlə Avropa öl­­kə­­lərinə qanunsuz səfər etmək məqsədilə Azərbaycan Respublikası əra­zisindən tranzit istifadə etmək cəhdinin qarşısı alınıb.

“Şar­ja-Bakı” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı özlərini Böyük Britaniya və­tən­­daşları kimi təqdim edən 1958-ci il təvəllüdlü Sid­diqi Salma və 1987-ci il təvəllüdlü Siddiqi Mujeeb Ur Rehman tərə­fin­­dən sərhəd nə­zarətinə təqdim olunmuş pasportların həqiqiliyi şüb­hə doğurub.

“Bakı-Frankfurt” reysinin rəsmiləşdirilməsi za­ma­­nı isə özü­­­­nü Almaniya vətəndaşı kimi təqdim edən 1995-ci il təvəllüdlü Mu­ham­med Luqman Muhammed Amen pasportunun saxta olmasına şüb­­hələr yaranıb.

Hər iki halda sərhəd keçmə sənədləri xüsusi laboratoriya şərai­tin­də dərinləş­diril­miş yoxlamadan keçirilib, pasportların məlu­mat sə­hi­fəsinin də­yiş­­­di­rilərək saxtalaşdırılması müəyyənləşib. Həmin şəxs­­lə­rin üzə­rinə baxış keçirilərkən onlara məxsus birinci halda Pa­kis­­tan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aş­karlanıb, məqsədlərinin Azərbaycan Respublikasının ərazisin­dən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­ləri həyata keçirilir.

A24.Az 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00