A24 Xeber

Sərhəddimizi pozmağa cəhd göstərən şəxs zərərsizləşdirilib

Sərhəddimizi pozmağa cəhd göstərən şəxs zərərsizləşdirilib
89
05 İyun 2018 - 18:19

Qusarda sərhəd zastavasının yaxınlığında silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib.

Baş Prokurorluqdan A24.Az-a verilən məlumata görə, iyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu – 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd “Makarov” tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00