Seriallara baxılaraq məhv edilən uşaqlıq -  Azyaşlılar hansı seriallara baxa bilərlər?

Seriallara baxılaraq məhv edilən uşaqlıq –  Azyaşlılar hansı seriallara baxa bilərlər?
Want create site? Find Free WordPress Themes and plugins.

Hər evdə seriala baxan bir insan mütləq var. Günümüzü seriallarsız təsəvvür etmək artıq çətindir. İstər Azərbaycan,  istərsə də Türkiyə telekanallarında yayımlanan saysız-hesabsız, bir-birindən maraqla izlənilən seriallar günü-gündən çoxalır.

Bütün bunu nəzərə alsaq,  mövzunun hər gün aktual olduğunu demək olar.

Böyüklərlə bərabər uşaqlar da istər-istəməz seriallara tamaşa edirlər. Bəs, bu seriallar uşaqlara nə dərəcədə təsir edir? Ümumiyyətlə, uşaqların böyüklərlə bərabər teleseriallara baxması nə dərəcədə düzgündür?

Uşaq psixoloqu Aidə Nəbiyeva A24.Az-a açıqlamasında bildirdi ki,  gün ərzində uşaqların televiziyaya baxma müddəti 45 dəqiqə -1 saat arasında olmalıdır.

“Burada söhbət azyaşlı uşaqlardan gedir. İlk növbədə baxılan verilişlər uşaqların psixologiyasına uyğun olmalıdır. Bir çox uşaqlar valideynlərlə birgə seriallara baxırlar.  Ona görə də uşağın öz otağında televizorunun olması daha məsləhətlidir. Üstəlik, həmin televizorda ancaq uşaq kanalları  aktivləşdirilməlidir”.

Uşaq psixoloqu-Aidə Nəbiyeva
Uşaq psixoloqu-Aidə Nəbiyeva

Serialların  bəzilərində 13+, 12+, 18+  kimi  yaş kateqoriyaları nəzərə alınır. “Uşağın valideynlə birlikdə böyüklər üçün nəzərdə tutulan  proqramlara baxması onların psixoloji durumunda gərginliklər yaradır”- deyən psixoloqun fikrincə, xarici seriallara valideynlərlə birgə baxmaq məsləhət deyil.

“Çünki bu seriallar erkən yaşda uşaqlarda ailədaxili münasibətlərin formalaşmasına böyük təsir edir. Hər ölkədə fərqli ailədaxili münasibətlər var. Xarici ölkələrin bəzilərində ailə büdcəsi ayrı olur. Ona görə də bizim uşaqlarla analar arasında problemlər yaradır”.

Uşaqlar valideynlərlə birlikdə seriallara baxa bilər,  amma…

Mütəxəssislərin  analar üçün qoyduğu qadağalara əməl etmək bəzən çətin olur. Bəzən də valideynlər problemin kökünə balta vuraraq birdəfəlik sərt qərarlar verirlər. Bu da uşaqların psixoloji vəziyyətinə təsir edir.

Uşaq psixoloqu A.Nəbiyeva bildirir ki, uşaqlar valideynlərlə birlikdə seriallara baxa bilər, baxır nəyə baxır, nə qədər baxır. “Həssas olmaq lazımdır. Sevgi, ailədaxili münasibətlər mövzusunda olan proqramlara birlikdə baxmaq məsləhət görülür.  Bu uşağın nəyi, necə qavramasını bilmək üçün valideyndə bəzi fikirlər formalaşdırır. Valideynlər nəzərə almalıdır ki, şiddət səhnələri uşaqlara çox pis təsir edir. Vaxtı bölüşdürmək,  yaşa uyğun proqram seçmək lazımdır”.

Aldığımız smartfon  telefonlarda hər yenilik var.  Bu da təbii ki, uşaqlar üçün də maraqlıdır. Hazırda valideynlərin “yaralı” yerlərindən biri də uşaqların telefonlarla oynamasıdır. Mütəxəssis bu mövzuda valideynlərə bir məsləhət verdi:

“Uşaqlara sərt şəkildə qadağan etmək olmaz, bu, uşaqda daha da maraq oyadacaqdır. Ona görə də bəlli vaxtlarda  telefona baxmaq məsləhətdir.  Tamamilə qadağa qoymağı məsləhət görmürəm.  Valideyn smartfonu uşağın əlinə verəndə nəzərə almalıdır ki, 3-7 yaşlı uşaqlar 60-90 dəqiqə arasında televizora baxmalıdır. Telefonlarda da bu nəzərə alınmalıdır”.

Картинки по запросу ailelikle tv seyri

Analar uşaqları televizordan necə uzaq tutmalıdır?

Mütəxəssislər uşaqların istəkləri, televizora olan maraqlarını nəzərə alaraq valideynlərə bunları məsləhət görür:

  • Uşağa davranışlarınızla nümunə olun: Uşağınızın oyaq olduğu saatlarda siz də TELEVİZOR izləməyin. Bunun əvəzinə ailəliklə kitab oxuyun.
  • TV saatlarını məhdudiyyətlə bölün, nə seçəcəyinizə fikir verin. Mümkünsə heç baxdırmayın, ancaq öyrənmək, bilik əldə etmək fikriniz varsa, onda uşağın yaşını və izlənilmə vaxtını nəzərə alın. 3-6 yaş arası uşaq gündə ən çox 30 dəqiqə sizin seçmiş olduğunuz, məzmunu yaşına və inkişafına uyğun bir proqram izləyə bilər.
  • TV izləmək yerinə çölə çıxması, parka getməsi, həmyaşıdları ilə oynaması, materiallara, obyektlərə toxunaraq birbaşa təmas ilə təcrübə toplamasını təmin etmək lazımdır. İdmanla məşğul olmaq yaxşı seçim ola bilər.
  • Özünə inamı yüksək, öz ayaqları üzərində dayanan, çətinliklər qarşısında məğlub edilməyən, pessimist olmayan, pozitiv ruhlu övlad  yetişdirmək istəyirsinizsə, övladınızı  televizorun zərərli şüalarından uzaq tutun.

Vüsalə Əlövsətqızı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Araşdırma, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar