A24 Xeber

Serj Sarkisyan istefa şərtlərini açıqlayıb

Serj Sarkisyan istefa şərtlərini açıqlayıb
83
22 Aprel 2018 - 10:56

Ermənistanın keçmiş prezidenti və hazırkı baş naziri Serj Sarkisyan istefa şərtlərini açıqlayıb.

“A24.az”  xarici mətbuata istinadən xəbər verir ki, baş nazir ölkənin təhlükəsiz inkişafını təmin etdikdən və Dağlıq Qarabağ münaqişəsinin izamala salınmasına nail olduqdan sonra vəzifəsindən gedəcəyini bildirib.

Onun sözlərinə görə, Ermənistanda demokratiya heç vaxt “geridə qalmayacaq”. Sarkisyan həmçinin deyib ki, onun baş nazir vəzifəsində olması “regiondakı mürəkkəb geosiyasətlə bağlıdır”.

“Mənim təsəvvürümcə, bu problemlər həll olunandır. Ölkənin lideri bundan sonra başqa məsələləri öz üzərinə götürə bilər”, – deyə o, özünü lider adlandıraraq bildirib.

Qeyd edək ki, Ermənistan müxalifəti onun baş nazir vəzifəsinə təyin edilməsi əleyhinə etiraz aksiyaları keçirir. Aksiyaların gedişində yüzlərlə müxalifətçi saxlanılıb və həbs edilib.

Report.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00