Sərnişin avtobusu külə döndü - Sərnişinlər çıxarıldı - NEFTÇALADA

Sərnişin avtobusu külə döndü – Sərnişinlər çıxarıldı – NEFTÇALADA
Want create site? Find Free WordPress Themes and plugins.

Neftçala rayonunda sərnişin avtobusu yanıb. 

A24.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Dördlər kəndi ərazisində qeydə alınıb.

Belə ki, Neftçala rayon Avtonəqliyyat ASC-yə məxsus, Elşən Zakir oğlu Məmmədovun idarə etdiyi Salyan-Neftçala avtomobil yolunda hərəkətdə olan sərnişin avtobusu anidən alovlanıb. Avtobusda olan sərnişinlər dərhal təxliyyə ediliblər. Hadisə yerinə Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da avtobus yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar