Sərnişin təyyarəsi alışdı-Ölən və yaralananlar var

Sərnişin təyyarəsi alışdı
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyanın Soçi şəhərində hava limanında təyyarə alışıb.

A24.az xarici mətbuata istinadən xəbər verir ki, “Utair” hava şirkətinə məxsus Moskvadan Soçiyə uçan  “Boeing 737” sərnişin təyyarəsi yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxıb və yanıb. Hadisə zamanı 18 nəfər yaralanıb, 160 nəfər təxliyə edilib. Xəsarət alanlardan  3-ü uşaqdır.

Hadisə zamanı aeroportun 1 əməkdaşının ürək tutmasından öldüyü bildirilib. O, xəstəxanaya aparılarkən yolda keçinib.

Yanğın söndürülüb. Hadisə zamanı təyyarənin ön hissəsi də zərər çəkib.

Hazırda hava limanında həkimlər və psixoloqlar briqadası işləyir.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm, Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar