Şərqi Qutanın 1/3 hissəsi Bəşər Əsədin əlinə keçdi - FOTO

Şərqi Qutanın 1/3 hissəsi Bəşər Əsədin əlinə keçdi – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Londonda yerləşən Suriya İnsan Haqları Rəsədxanası Suriyadakı müxaliflərin nəzarəti altında olan Şərqi Qutanın üçdə bir hissəsinin Əsədin  başlatdığı hərəkatdan sonra rejim qüvvələrinin nəzarətinə keçiyini açıqlayıb.

A24.az xəbər verir ki, AFP xəbər agentliyi Bəşər Əsəd rejiminin Şərqi Qutanın mühasirəsi ilə bağlı son hücumları nəticəsində 14 mülki vətəndaşın həyatını itirdiyini bildirib.

Digər tərəfdən Rusiya Şərqi Qutada müxaliflərin köməyi ilə mülki əhalini bölgədən azad etməyə razılıq verib. Rusiya əvvəllər Şərqi Qutada atəşkəsin hər gün beş saat ərzində olacağını elan etmişdi. Ancaq hərbi rəsmilər, üsyançıların mülki şəxslərin təxliyyə olunmasına icazə vermədiyini bildirib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar