A24 Xeber

Səudiyyə Ərəbistan klubuna 28 milyon avroluq YENİ TRANSFER

Səudiyyə Ərəbistan klubuna 28 milyon avroluq YENİ TRANSFER
47
03 Avqust 2018 - 12:38

“Lester Siti”nin hücumçusu Ahmed Musanın yeni klubu bəlli olub.

A24.Az xəbər verir ki, nigeriyalı forvard karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 25 yaşlı hücumçu “Əl Nəsr” klubuna transfer olub. Klubun rəsmi saytının futbolçu ilə 4 illik müqavilə imzalandığını bildirib. Bu keçid üçün ərəblər bonuslarla birgə 28 milyon avro ödəyib.

Qeyd edək ki, “Lester Siti” Musanı 2016-cı ildə ÇSKA-dan 19,5 milyon avroya almışdı.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00