A24 Xeber

Səudiyyə Ərəbistanı builki Həcc səfərini bu cür reklam etdi – FOTO

Səudiyyə Ərəbistanı builki Həcc səfərini bu cür reklam etdi – FOTO
61
29 İyul 2018 - 13:22

Səudiyyə Ərəbistanı Mətbuat Nazirliyi builki həcc şüarını “Dünya Krallığın qəlbində” olaraq müəyyən edib.

“A24.az” xəbər verir ki, nazirliyin sözçüsü Abdullah bin Ahmed el-Meğlus nazirliyin rəsmi saytında verdiyi açıqlamasında şüar üçün hazırlanan loqonun Həcc mərasimi çərçivəsində yerinə yetirilən ibadətlər, tarixi məkanlar və hədəfləri təmsil edən 8 ünsürdən ibarət olduğunu ifadə edib.

Hazırlanan yeni loqodakı 8 ünsür – kəbə, təvaf, həcc, qiblə, Məkkə Saat Qülləsi, Məkkənin mərkəzi, “WiFi” və palma yarpaqlarından ibarətdir.

Loqoda Kəbə kvadrat şəklində göstərilir. Ətrafındakı cizgilər isə təvafı təmsil edir.

“WiFi” internet şəbəkəsi dünyanın dörd bir tərəfindən gələn müsəlmanların şəhərdə qarşılanmasını, palma yarpaqları isə Səudiyyə Ərəbistanının mədəni və coğrafi şəraitini təmsil edir.

Qeyd edək ki, bu il 3,5 milyon zəvvar Səudiyyə Ərəbistanına Həcc səfərinə gələcək.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00