A24 Xeber

Səudiyyə Ərəbistanı Gürcüstanda səfirlik açır

Səudiyyə Ərəbistanı Gürcüstanda səfirlik açır
53
29 Aprel 2018 - 17:16

Bu ilin mayında Səudiyyə Ərəbistanı Gürcüstanda səfirlik açacaq.

“A24.az”ın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bu, Gürcüstanın Səudiyyə Ərəbistanındakı səfiri Georgiya Cancqavanın Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin nümayəndəsi ilə görüşdə məlum olub.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəsmi notasında bildirilib ki, Səudiyyə Ərəbistanı və Gürcüstan arasında mövcud münasibətlər və tərəflərin bu münasibətlərin inkişafı arzulamasını nəzərə alınaraq, 2018-ci ilin mayında Səudiyyə Ərəbistanının Tbilisidə səfirliyi açılacaq.

Qeyd edək ki, Gürcüstan və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər 27 may 1994-cü ildə qurulub. İndiyə qədər Səudiyyə Ərəbistanının Gürcüstandakı səfirinin iqamətgahı Bakıda yerləşib. Başqa sözlə, Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri həm də bu ölkənin Gürcüstandakı səfiri səlahiyyətlərini icra edib.

APA

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00