A24 Xeber

Səudiyyə Ərəbistanı kralı devrilsin – Müxalif kraldan sərt sözlər

Səudiyyə Ərəbistanı kralı devrilsin – Müxalif kraldan sərt sözlər
63
22 May 2018 - 23:56

Səudiyyə Ərəbistanı hakimiyyətə qarşı çevriliş cəhdi olduğu iddiaları davam etdiyi müddətdə, bu dəfə müxalif şahzadə Xalid İbn Farhanın sözləri ortalığı qarışdırıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Xalid ibn Fahran, “Salmanın ağılsız, balanssız və axmaq rəhbərliyi artıq geriyə dönüşü olmayan nöqtə də keçib. Kralı devirib krallığı xilas edin”, sözləri ilə Salmanı devirməyə çağırıb. Qətərlə daimi əlaqədə olan xəbər portalı Middle East Eye-ə (MEE) danışan müxalif Səudiyyə Şahzadəsi Xalid İbn Farhan, Şahzadə Əhməd ibn Əbdüləziz ilə Şahzadə Mukrin ibn Əbdüləzizə çevriliş çağırışı edib.

2013-cü ildə Almaniyadan siyasi sığınacaq alan Xalid, taxtda Kral Salman otursa da oğlu Məhəmməd ibn Salmanın sürətlə yüksəlib hər kəsin cilovlarını əlinə keçirdiyinə diqqət çəkərək bunları söylədi: “Kral Salmanın sağlamlığı yerində olsaydı, işlər bu səviyyəyə gəlməzdi. Dövlət siyasətinə baxanda Kral Salmanın siyasi səhnədə və ekranlarda tamamilə mövcud olmadığını görürük”, – deyə əlavə edib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00