Səudiyyə Ərəbistanı Qəzzadakı qətliamla bağlı İSRAİLİ QINADI

Səudiyyə Ərəbistanı Qəzzadakı qətliamla bağlı İSRAİLİ QINADI
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanı İsraili qınayan açıqlama verib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, səudiyyəlilərin açıqlamasında ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı heç bir söz və ya kəlmə yer almayıb.

Bildiyimiz kimi ötən gün (14 may 2018) ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı Qəzzada qətliam yaşanıb. Hadisə zamanı 59 fələstinli öldürlüb, 2 mindən çox insan yaralanıb. Bir çox ölkələrin göz yumduğu qətliama ən sərt reaksiya verən Türkiyə olub. Son dövrlər İsrail və Amerika ilə yaxın münasibətlərdə olan Səudiyyə Ərəbistanı da yazılı açıqlaması ilə İsraili qınayıb.

Belə ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi sözçüsü açıqlamasında “Səudiyyə Ərəbistanı işğalçı İsrail qüvvələrinin onlarla fələstinlinin öldürülməsini və yaralamasını qınayır” ifadələrinə yer verib.

Lakin açıqlamada ABŞ səfirliyinin Qüdsə köçürülməsi mövzusuyla bağlı heç bir ifadənin yer almaması diqqət çəkib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında Qüdsdə baş verənlərlə əlaqədar xəbər yayımlanması krallıq tərəfindən qadağan edilib.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar