Səudiyyə Ərəbistanı şahzadəsi Muhamməd bin Salman ölüb - ŞOK İDDİA

Səudiyyə Ərəbistanı şahzadəsi Muhamməd bin Salman ölüb – ŞOK İDDİA
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanın faktiki kralı Muhamməd bin Salman 27 gündür ki, görünmür.

“A24.az” bildirir ki, İranın mühafizəkar yönümlü qəzeti “Keyhan” ərəb kəşfiyyat xidmətinə əsaslanaraq Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Salmanın ötən ay baş silahlı hücum zamanı öldürlüdüyünü irəli sürüb.

Bir ərəb ölkəsinin yüksək vəzifəli məmurlarına göndərilən kəşfiyyat hesabatını gördüyünü irəli sürən İranın “Keyhan” qəzeti Səudiyyənin faktiki kralı olan Salmanın aprelin 21-də sarayına edilən hücumda öldürlüdüyünü iddia edib.

İran qəzeti: Şahzadə 2 güllə ilə vuruldu…

Hesabata görə, hücum zamanı Şahzadə Muhamməd bin Salmanın iki güllə ilə vurulduğunu yazan qəzet aprel ayının sonlarından bu yana heç görünmədiyini və onun ölmüş ola biləcəyini yazıb.

Xatırladaq ki, aprelin 21-də paytaxt Riyadda yerləşən Səudiyyə kralının sarayının yaxınlığından güclü silah səsləri eşidilib. Daha sonra Kral Salman ilə oğlu Muhamməd bin Salmanın Riyadda ABŞ-ın mühafizəsi altında olan hərbi hava bazasına aparılması ilə bağlı xəbərlər yayılıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Manşet, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar