A24 Xeber

Səudiyyə Ərəbistanı: Suriyaya əsgər göndərməyə hazırıq

Səudiyyə Ərəbistanı: Suriyaya əsgər göndərməyə hazırıq
38
17 Aprel 2018 - 20:51

Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Adil Cubeyr təklif gələrsə, geniş miqyaslı bir koalisiya çərçivəsində Suriyaya əsgər göndərməyə hazır olduqlarını deyib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Ər-riyadda BMT Baş Katibi Antonio Guterresi qarşılayan və birgə mətbuat konfransı keçirən Səid Cubeyr “İslami Əsgəri Terrorla Mübarizə Koalisiyası”ndan Suriyaya əsgər göndərməyi danışırıq, – deyə bildirib.

Qeyd edək ki, bu gün Wall Street Journal (WSJ) qəzeti də Suriyadan çəkilmək istəyən ABŞ prezidenti Donald Trampın, Suriyanın şimal-şərqindəki Amerikan əsgərlərinin əvəzinə Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər əsgərlərinin olması üçün danışıqlar apardığını yazıb.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00