A24 Xeber

Səudiyyə Ərəbistanı Yəməndən atılan ballistik raketi vurdu

Səudiyyə Ərəbistanı Yəməndən atılan ballistik raketi vurdu
38
05 Aprel 2018 - 1:43

Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri Yəmən ərazisindən atılan ballistik raketi vurub.

Raket Cizan şəhəri yaxınlığında vurulub.

Raketin Yəməndəki üsyançı husilər tərəfindən atıldığı, hədəfdə isə “Saudi Aramco” şirkətinə məxsus neft anbarlarının olduğu bildirilir.

 Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir. //APA
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00