Səudiyyə Ərəbistanında daha bir İLK – Qadınlar sürücülük vəsiqəsi aldı - VİDEO

Səudiyyə Ərəbistanında daha bir İLK – Qadınlar sürücülük vəsiqəsi aldı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

10 illərdir davam edən qadağadan sonra Səudiyyə Ərəbistanı qadın vətəndaşlarına sürücülük vəsiqəsi verməyə başlayıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, ölkədəki qadınlar ilk dəfə sürücülük vəsiqəsinə sahib olublar.

Səudiyyədə ərəb qadınları 24 iyun tarixindən etibarən avtomobil sürməyə başlayacaq. Ölkədə 10 qadın əcnəbi ölkələrdən aldıqları beynəlxalq sürücülük vəsiqələrinin öz ölkələrində də keçərli olması üçün lazımi müraciəti ediblər.

Səudiyyəli məmurların verdiyi açıqlamaya görə, daha 2 min qadının sürücülük vəsiqəsi üçün müraciət edəcəyi gözlənilir.

Sürücülük vəsiqəsini əldə etmək haqqına sahib olan ilk qadın Rema Javdat krallıqda avtomobil sürmək ixtiyarının olmasını xəyallarının gerçəkləşməsi kimi dəyərləndirib. Daha əvvəl Livan və İsveçrədə avtomobil sürdüyünü deyən nazirlik işçisi Javdat qadınların avtomobil sürə bilməsinin müstəliq hərəkət edə bilməsi mənasını daşıdığını qeyd edib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Texnologiya, Din, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar