Səudiyyə Ərəbistanında İLK - Ərəd Moda Həftəsi keçirilir – FOTOLAR

Səudiyyə Ərəbistanında İLK – Ərəd Moda Həftəsi keçirilir – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanının paytaxtı Riyadda ilk dəfə Ərəb Moda Həftəsi keçirilir.

“A24.az” xəbər verir ki, kameraların olmadığı nümayişdə ancaq qadınlar iştirak edir.

4 gün davam edəcək Moda Həftəsində Jean Paul Gaultier və Roberto Cavalli kimi dünyaca məşhur dizaynerlərin iştirak etdiyi bildirilir.

Ötən il həyata keçirilən korrupsiya əməliyyatı zamanı saxlanılan şahzadələrin həbs edildiyi “Ritz-Carlton” Hoteldə keçirilən Moda Həftəsinə Səudiyyə şahzadəsi Noura bin Faysal əl-Suud ev sahibliyi edir.

Şahzadə Noura mərasimlə bağlı verdiyi açıqlamasında modanın Səudiyyə Ərəbistanında maraqla qarşılandığını bildirirək moda sənayesini yeni səviyyəyə qaldırmağa çalışdıqlarını söyləyib.

Qeyd edək ki, Ərəb Moda Həftəsi əvvəllər Dubayda keçirilirdi. İkinci Ərəb Moda Həftəsinin oktyabr ayında keçirilməsi planlaşdırılır. May ayında isə Dubayda başqa bir Ərəb Moda Həftəsinin təşkil olunacağı qeyd edilib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar