Səudiyyə Ərəbistanında ŞOK YENİLİK: Qadınlar əsgər gedəcək

Səudiyyə Ərəbistanında ŞOK YENİLİK: Qadınlar əsgər gedəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanı tarixində ikinci dəfə qadınların əsgər olmalarına icazə verildiyi bildirilib.

“A24.az”ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, müraciət edəcək namizədlərin ən azından lisey məzunu olmaları və Riyad, Məkkə, Mədinə, Əl-Qasım, Asir, Əl-Baha, Əş-Şarkiyyə şəhərlərində yaşamaları başlıca şərtlərdən biridir.

Həmçinin müraciət edəcək şəxslərin Səudiyyə ərəbistanlı, 25-35 yaşların arasında, boyu 1,55 sm uzunluğunda olması, sınaqlardan keçməsi, hər hansı dövlət qurumunda işləməməsi və əcnəbi biriylə evli olmaması vacibdir.

Müraciətlər martın 1-ə kimi davam edəcək.

Qeyd edək ki, ötən ay Səudiyyə Ərəbistanı Baş Pasport İdarəsi hava limanları və sərhəddə işləyəcək qadınların işə götürülməsi ilə bağlı elan vermişdi.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı bir müddətdir Vəliəhd Şahzadə Muhamməd bin Selmanın irəli sürdüyü “2030 vizyonu” layihəsi çərçivəsində cəmiyyətdə, iqtisadiyyat və mədəni sahələrdə dəyişikliklərə səhnə olur. Sözügedən layihə çərçivəsində rəsmi qurumlar tərəfindən qadınlara daha çox haqqın verilməsi ifadə edilir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Din, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar