Səudiyyə Ərəbistanından gözlənilməz qərar - Generallar istefaya göndərildi

Səudiyyə Ərəbistanından gözlənilməz qərar – Generallar istefaya göndərildi
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanında Baş Qərargah rəisi daxil olmaqla yüksək rütbəli hərbçilər istefaya göndərilib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Kral Salman bin Əbdüləziz əs-Səud gecə saatlarında bununla bağlı sərəncamlar imzalayıb.

Sərəncama əsasən Baş Qərargah rəisi general Abdurrahman bin Salih el-Bunyan və Hava Qüvvələrinin komandiri Muhamməd bin Avad Suhaymı təqaüdə göndərilib. Kral Salman, həmçinin quru qoşunları və hava hücumundan müdafiə qoşunları komandanlarını da istefaya göndərib.

İstefalar barədə məlumat Saudi Press Agentliyi (SPA) tərəfindən yayılıb, lakin yüksək rütbəli hərbçilərin hansı səbəbdən istefaya göndərilməsi açıqlanmayıb.

İstefalar Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəməndə keçirdiyi əməliyyatların üçüncü ilin sonlarında baş verib. Müdafiə naziri, şahzadə Məhəmməd bin Salmanın bu istefaların arxasında olduğu bildirilir.

Qeyd edək ki, ötən gün verilən qərara əsasən Səudiyyə Ərəbistanı Baş Pasport İdarəsi hava limanları və  sərhəddə işləyəcək qadın əsgərlərin müraciəti üçün elan verib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar