A24 Xeber

Səudiyyə Ərəbistanından ŞOK qərar– PKK-ya dəstək üçün hərəkətə keçdi

Səudiyyə Ərəbistanından ŞOK qərar– PKK-ya dəstək üçün hərəkətə keçdi
49
29 May 2018 - 12:14

Səudiyyə Ərəbistanı Suriyanın şimalında terror təşkilatı YPG/PKK ilə əlbir olan ərəb qüvvələrindən ibarət birliyin qurulması üçün hərəkətə keçib.

“A24.az” “yeniakit.com.tr”yə istinadən xəbər verir ki, Suriyanın şimalında yaradılan ərəblərdən ibarət birliyin adı isə SDG-dir və Səudiyyə ona dəstək olacaq.

Qoşunlarda iştirak edəcək şəxslərə 200 dollar maaş vəd edən Səudiyyə könüllü yığmaq üçün Haseke və Qamışlıda təmas məntəqələri qurub.

Səudiyyə Ərəbistanın dəstək olduğu və ərəblərdən ibarət qoşunların Şimali Suriya Federasiyasının bir hissəsi olacağı bildirilir. Təşkilat  Suriyanın şimalında 17 mart 2016-cı ildə işğal etdiyi ərazilərdə federasiya elan etdiyini bildirmişdi. Terror təşkilatı 2016-cı ilin yaz aylarında sosial media hesabından Səudiyyə Ərəbistanı ilə “yaxşı əlaqələr” qurmaq istəməsiylə bağlı mesajlar göndərib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ötən ay İraqdan keçməklə YPG/PKK-ya tırlarla yardım göndərib. Ambulansların da olduğu yardım konvoyunun içərisində silah-sursatın olub-olmadığına dair Səudiyyə Ərəbistanı hər hansı açıqlama verməyib.

Terror təşkilatı YPG/PKK ABŞ planı çərçivəsində Suriyada silah və məntiq dəstəyi ilə özünə yaxın tutduğu bəzi kiçik qruplaşmaları SDG adı altında idarə edir. Beləliklə, Amerika hökuməti də yardımlarını YPG/PKK-ya deyil, SDG-nin tərkibindəki ərəblərə etdiyini iddia edir.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00