Səudiyyə Ərəbistanının gizli Suriya planı ortaya çıxdı

Səudiyyə Ərəbistanının gizli Suriya planı ortaya çıxdı
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə rəsmiləri Şimali Suriyadakı tayfa şeyxləri, başqa sözlə, ABŞ-ın “maska” terror təşkilatı olan Demokratik Suriya Qüvvələrinin yerləşdiyi regionlarda öz nəzarətləri və dəstəkləri altında bəhs edilən qəbilə qüvvələrini yaratmaq istəyirlər.

A24.Az xarixi mediaya istinadən xəbər verir ki, Səudiyyə rəsmiləri ötən günlərdə Suriyadakı yüksək səviyyəli qəbilə böyükləri ilə Vaşinqton rəhbərliyindəki beynəlxalq koalisiyanın koordinasiyasında Şimali Suriya qəbilələrindən ibarət hərbi qüvvənin yaradılmasını araşdırmağa qərar veriblər.

CISAR Araşdırma Mərkəzi tədqiqatçılarından “Abdül-Vahhab Assi” məsələ ilə bağlı bunları deyib: Şərqi Fərat bölgəsində Səudiyyə Ərəbistanının dəstəklədiyi bir hərbi qəbilə qüvvənin yaradılması haqqındakı söhbətlər iki ay əvvələ aiddir və Şimr Qəbiləsi, Suriya Demokratik Qüvvələrindəki digər Kürd qüvvələri bu hərbi qəbilə qüvvələrinin yaradılmasına razı salma səylərində könüllü iştirak ediblər. El-Assiyəyə görə, Səudiyyə Ərəbistanın bu addımı daha çox, bir neçə ay sonra və bölgədən Amerika qüvvələrinin çəkilməsinin sonra yaranacaq boşluğu doldurma çərçivəsindədir və el-assi, o dövrdə mövcud təhlükələrlə və problemlərlə mübarizə edə bilmək, müxtəlif hərbi və siyasi hadisələrə hazır olan bu regionda sabitlik və təhlükəsizliyi təmin etmək üçün bölgədə daxili və xarici tarazlıq təmin edilməsinə inanmaqdadır.

Azad Suriyalılar Hərəkatı Şurasının Sədri Usame Bəşir də Suriyanın şimalında hərbi qəbilə qüvvələrinin yaradılmasını, ABŞ-ın İraqda Oyanış Şuraları adı altında gördüklərinə bənzədib. Bu səbəblə bu aksiyanın məqsədini, ölkənin parçalanmasını artırmağa çalışmaq kimi səciyyələndirib.

Orxan Aslanlı // A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar