A24 Xeber

Səudiyyə Ərəbistanının hava məkanından İsrailə ilk uçuş həyata keçirdi

Səudiyyə Ərəbistanının hava məkanından İsrailə ilk uçuş həyata keçirdi
31
23 Mart 2018 - 14:28

Səudiyyə Ərəbistanının hava məkanından istifadə edən ilk təyyarə Təl-Əvivə eniş edib.

A24.az xəbər verir ki bu barədə İsrail Hava Limanları mətbuat katibi Liza Drir açıqlama verib. Drir açıqlamasında Hindistandan qalxaraq, Səudiyyə Ərəbistanının hava məkanından istifadə edən ilk təyyarənin dünən axşam saat 10:00-da İsrailə çatdığını deyib.

Ticarət təyyarəsinin Hindistana geri dönmək üçün İsraildən çıxdığını bildirən Drir bunun İsrailə çatmaq üçün Səudiyyə Ərəbistanının hava məkanından istifadə edən tarixdəki ilk təyyarə olduğunu vurğulayıb.

Hindistanın paytaxtı Yeni Dehli ilə Təl-Əviv arasında həftədə 3 reys qarşılıqlı uçuş keçiriləcəyi qeyd olunub.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00