Səudiyyə kralı almanlarla "əlaqələri kəsdi"

Səudiyyə kralı almanlarla “əlaqələri kəsdi”
Want create site? Find Free WordPress Themes and plugins.

“Səudiyyə Ərəbistanı Alman şirkətləri ilə biznes əlaqələrini dayandırıb”.

A24.Az xəbər verir ki, bu haqda Almaniyanın “Spigel” jurnalı məlumat yayıb.

Nəşr buna səbəb kimi Ər-riyadın Berlinə Yaxın Şərq siyasətinə qəzəbli olduğu bildirilir.

Almaniyada dərc olunan həftəlik xəbər jurnalı Spigel-in məlumatına görə Səudiyyə Ərəbistanı Berlinin Yaxın Şərq siyasəti səbəbilə Alman şirkətləri ilə biznes əlaqələrini dondurub və artıq iş sifarişlərini qəbul etməmə qərarları alıb. Jurnalın xəbərində Vəliəhd Şahzadə Məhəmməd ibn Salmanın bu barədə hökumətə tapşırıq verdiyi qeyd olunub. DW Türkiyənin xəbərinə görə, Ər-riyadın bu qərarından xüsusilə Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi ilə sıx iş əlaqəsi olan Siemens, Bayer və Boehringer kimi şirkətlərin əziyyət çəkəcəyi bildirilir.

Ər-riyad və Ciddədəki insanları daşıma xidmətləri üçün yüzlərlə Mercedes markalı avtobus sifarişi alan Alman avtomobil şirkəti “Daimler”in qərardan əziyyət çəkənlər arasında olduğu ifadə edilir.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar