A24 Xeber

Səudiyyə Kralı nəhəng “əyləncə şəhəri”nin təməlini atdı – FOTO

Səudiyyə Kralı nəhəng “əyləncə şəhəri”nin təməlini atdı – FOTO
64
30 Aprel 2018 - 9:34

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad yaxınlığında dünyanın ən böyük əyləncə şəhərlərindən biri olacaq “Qiddiya” layihəsinin təməli xüsusi mərasimlə atılıb.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, layihə paytaxtın  40 kilometr qərbində 334 kv.km ərazidə inşa ediləcək.

Bölgənin ən əhəmiyyətli turizm mərkəzlərindən biri olacaq “Qiddiya” layihəsinin təməlatma mərasiminə Səudiyyə Ərəbistanı kralı Salman bin Abdulaziz Əl Səud və Vəliəhd Şahzadə Muhamməd bin Salman, həmçinin bölgədəki və beynəlxalq şirkətlərin sərmayəçiləri, şirkət rəhbərləri iştirak edib.

“Qiddiya” layihəsinin tamamlanmasından sonra Səudiyyə Ərəbistanı vətəndaşlarının əyləncə üçün xarici ölkələrdə xərclədiyi milyard dollarların daxili bazarda qalması, əcnəbi sərmayəçilərin ölkəyə gəlməsi və buranın turizm üçün mərkəzə çevrilməsi planlaşdırılır.

Nəhəng layihə olan “Qiddiya” ölkənin maliyyə fondu olan “Suudi Kamu İnvestisiya Fondu”ndan dəstək alır və 2022-ci ildə xidmətə verilməsi gözlənilir.

“Qiddiya” layihəsi sahəsinə görə ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Disney World”dan 2,5 dəfə böyük olacaq və 2030-cu ilə qədər 17 milyon ziyarətçini axınına nail olacaq. Layihənin həyata keçməsiylə Səudiyyə Ərəbistanından çölə çıxan 30 milyard dollarlıq məbləğin böyük hissəsinin ölkə daxilində qalacağı, bundan başqa 57 min insan üçün iş fürsətinin yaranacağı bildirilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Vəliəhdi Şahzadə Muhamməd bin Salman ötən il ölkənin ən böyük əyləncə, idman və mədəniyyət şəhəri olacaq “Qiddiya” layihəsinin icrası üçün işlərə başladıqlarını açıqlamışdı.

 

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00