A24 Xeber

Səudiyyə şahzadəsi indi də ölkəsinə operanı gətirir

Səudiyyə şahzadəsi indi də ölkəsinə operanı gətirir
37
10 Aprel 2018 - 10:33

Qərblə əlaqələrini inkişaf etdirmək istəyən Səudiyyə şahzadəsi Muhamməd bin Salman  ölkə vətəndaşlarını opera ilə tanış etmək qərarına gəlib.

A24.Az xəbər verir ki, şahzadə bu dəfə ölkəsinə operanı gətirəcək.

Muhamməd bunun üçün  işlərə başlayıb. Belə ki, milli orkestr və opera tərkibi qurması üçün Fransa ilə razılığa gəlib. Fransa Mədəniyyət naziri Fransisko Nyessen bildirib ki, Səudiyyə Ərəbistanına milli orkestr və opera heyəti qurmaq üçün əllərindən gələni edəcəklər.

Qeyd edək ki, daha öncə də Səudiyyə şahzadəsi qadınların rəqs etməmə şərti ilə konsertə getməsi və ölkəsində kino mədəniyyətinin formalaşdırılması ilə bağlı mühüm qərarlar vermişdi.

Nərmin Kərim, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00