A24 Xeber

Səudiyyə şahzadəsindən dəhşətli sözlər: “Yəmənli uşaqları vurun ki, nəsillər boyu bizdən qorxsunlar”

Səudiyyə şahzadəsindən dəhşətli sözlər: “Yəmənli uşaqları vurun ki, nəsillər boyu bizdən qorxsunlar”
39
30 Avqust 2018 - 17:43

Səudiyyə Ərəbistanının 2015-ci ilin mart ayından bəri hücum etdiyi Yəməndən ard-arda gələn uşaq qətliamı xəbərləri yenə beynəlxalq reaksiyalara səbəb olub. Amma Səudiyyə Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın reaksiyalara məhəl qoymadan birbaşa qadınlarla uşaqların hədəf alınması əmrini verdiyi irəli sürülüb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Yəmənə hücum edib işğal edən Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiyanın üzvü olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Al-Khaleej qəzeti, etibarlı bir mənbəyə istinadən Məhəmməd ibn Salmanın koalisiyanın hərbi komandirləri toplantısından məlumat əldə edib. İclasda avqust ayı ərzində hava hücumlarında onlarla uşağın ölməsinə beynəlxalq reaksiyalar gündəmə gəlib. Səudiyyə Ərəbistanda bir çox nazirlik və qurumun cilovlarını əlində tutan Məhəmməd ibn Salmanın komandirlərə “beynəlxalq tənqidlərə məhəl qoymayın” – deyə bildirərək qadın-uşaq qırğınlarına davam edilməsi üçün yaşıl işıq yandırdığı irəli sürülüb. İddiaya görə, Səudiyyə Vəliəhd Şahzadə “Yəmən xalqının şüurunda nəsillər boyu çox dərin iz buraxmaq istəyirik. Səudiyyə Ərəbistanının adı yad edildikdə uşaqlarının, qadınlarının və hətta kişilərinin tir-tir titrəməsini istəyirik”, – deyə bildirib. Şiə Husilərin nəzarətindəki Sada-ya 9 avqustda həyata keçirilən Səudiyyə hava hücumunda ABŞ istehsalı raketlə bir məktəb avtobusunun vurulması nəticəsində ən az 40-ı uşaq olmaqla 50-dən çox vətəndaş ölüb.

Orxan Aslanlı / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00