A24 Xeber

Səudiyyə tarixində İLK – Şahzadə kilsəyə getdi – FOTO

Səudiyyə tarixində İLK – Şahzadə kilsəyə getdi – FOTO
71
06 Mart 2018 - 9:55

Səudiyyə Ərəbistan tarixində ilk dəfə kral ailəsinin üzvü Koptik kilsəsini ziyarət edib.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Muhamməd bin Selman Qahirədəki Koptik kilsəsini ziyarət edərək Papa II Tavadros ilə görüşüb.

Kilsə tərəfindən verilən yazılı açıqlamada bildirilib ki, şahzadə Muhamməd Koptik kilsəsinə ziyarəti zamanı Papa II Tavadros ilə görüşüb və bu hal Səudiyyə Ərəbistanı tarixində yarandığı 1932-ci ildən bu yana ilk dəfə yaşanıb.

Görüş zamanı Koptik lideri Tavadros “Səudiyyə Ərəbistandakı son hadisələri bəyənərək izləyirik” deyib.

Kilsənin rəsmi sözçüsü Bolis Halim şahzadənin kilsə lideri Tavadrosa “Sizi və burada olan hər kəsi Səudiyyə Ərəbistanına dəvət edirəm” dediyini ifadə edib.

Görüş zamanı Səudiyyə Ərəbistanı şahzadəsinin ötən il baş verən kilsə hücumlarında həyatını itirənlər üçün başsağlığı verdiyi bildirilib.

Qeyd edək ki, Səudiyyə şahzadəsi ötən gecə şəxsi heyəti ilə birlikdə Misirə səfər edib. Səfər zamanı Misirlə Səudiyyə Ərəbistanı arasında 16 milyard dollarlıq 4 müxtəlif müqavilə imzalanıb.

Firuzə Alimova / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00