Səudiyyədə daha bir İLK - Qadın nazir seçildi

Səudiyyədə daha bir İLK – Qadın nazir seçildi
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanında qadınlara qarşı atılan addımlara daha biri əlavə edilib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, həyata keçirilən dəyişikliklər nəticəsində ilk dəfə qadın nazir seçilib.

Hər ötən gün Səudiyyə Ərəbistanında dəyişiklik, yenilik yaşanır. Belə ki, ötən gün Səudiyyədə Baş Qərargah rəisi və Hava Qüvvələrinin komandiri, yüksək vəzifəli hərbçilər istefaya göndərilib. Lakin bununla yanaşı krallığın nazirlər kabinetində də bəzi dəyişikliklər yaşanıb.

Son dövrlər xüsusilə də qadınlarla bağlı bir çox yenilikləri gerçəkləşdirən Səudiyyə rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Dr. Tamader Al-Rammahini seçib. Beləliklə, Dr.Tamader Səudiyyə Ərəbistanında ilk qadın nazir olub.

Krallıqda qadının nazir olaraq seçilməsi Səudiyyədə qadınlara iş həyatının qazanılması istiqamətində atılmış addım olaraq dəyərləndirilir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar