A24 Xeber

Səudiyyədə dinlə zarafat edənlər həbs olunacaq

Səudiyyədə dinlə zarafat edənlər həbs olunacaq
18
06 Sentyabr 2018 - 10:32

Səudiyyə Ərəbistanında dinlə bağlı zarafat edənlər həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum ediləcəklər.

“A24.az” xəbər verir ki, bu barədə Səudiyyə Krallığı Prokurorluğunun rəsmi tvitter səhifəsində bəyan edilib.

“Sosial şəbəkələrdə ictimai asayişin pozulması, dini dəyərlər və əxlaq normalarına istehza və onların gülüş hədəfinə çevrilməsi kibercinayətkarlıq hesab ediləcək. Bu cür cinayət əməlində təqsirləndirilənləri 5 il həbs cəzası, həmçinin 3 milyon rial (təqribən 800 min ABŞ dolları) məbləğində cərimə gözləyir.” – deyə, Prokurorluğun məlumatında bildirilib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00