Səudiyyədə qadın sürücünün avtomobilini yandırdılar

Səudiyyədə qadın sürücünün avtomobilini yandırdılar
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanında iyunun 24-də qadağanın aradan qaldırılmasından sonra qadın sürücülərin yollara çıxdığı ölkədə yeniliyə qarşı çıxanlar Məkkədə bir qadının avtomobilini yandırıb.

“A24.az” xəbər verir ki, bu barədə xəbər Səudiyyə Ərəbistanının “Ukaz” qəzetində dərc edilib.

Məkkənin El-Cumum qəsəbəsində mühasib işləyən Selma Şerif qadınların sürücülük etməsinə qarşı olan şəxslərin onun avtomobilini yandırdıqlarını söyləyib.

Məhəlləsində yaşayan şəxslərin davamlı sözlü təcavüzlərinə məruz qaldığını bildirən Şerif işə gedib gələrkən “qadınlarımız avtomobil sürməz” şəklində xəbərdarlıqlar aldığını, borcla aldığı avtomobili yandıracaq qədər irəli gedəcəklərini ağlından belə keçirmədiyini ifadə edib.

İşlədiyi yerdən 4 min riyal maaş aldığını (təqribən 5 min türk lirəsi) deyən Selma Şerif qadağadan əvvəl bir sürücü tutub və qazancının yarısını sürücüyə ödəyib. Ana və atası yaşlı olan qadın onlara xidmət etmək üçün avtomobildən istifadə etməyə məcbur olduğunu vurğulayıb.

Avtomobili yandırılan qadın səlahiyyətli şəxslərə səsələnərək cəmiyyəti şəxsi istəklərinə uyğun qurmağa çalışan bu şəxslərə qarşı tədbirlər görməyə çağırıb.

Məsələ ilə bağlı Məkkə Əmirliyindən verilən yazılı açıqlamada, Əl-Cumum qəsəbəsində qadına məxsus avtomobilin yandırılmasıyla bağlı iki nəfərin nəzarət altına alındığı bildirilib. Sözügedən şəxslər avtomobili yandırmaq üçün yanacaqdoldurma stansiyasına gedərək benzin alıblar.

Qeyd edək ki, Səudiyyə Kralı Selman bin Abdulaziz 2017-ci ilin 26 sentyabr tarixində imzaladığı qərara əsasən qadınların da sürücülük vəsiqəsi alaraq iyunun 24-dən avtomobil sürmələrinə icazə verilib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar