Səudiyyədə qərarları verən Muhamməd bin Salman deyilmiş – Bəs kimdir?

Səudiyyədə qərarları verən Muhamməd bin Salman deyilmiş – Bəs kimdir?
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanı kralı Salmanın vəliəhdi olan şahzadə oğlunu Fələstin mövzusunda xəbərdarlıq etdiyi iddia edilir.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Fələstin siyasətində Kral Salmanın Trampa “Şərqi Qüds Fələstinin paytaxtı kimi yer almasa sənin planını dəstəkləyən deyilik” dediyi bildirilir. Demək ki, bu mövzularda qərar verən şəxsin vəliəhd şahzadə Muhamməd bin Salman deyil, Kral Salman olduğu bildirilir.

Bildiyimiz kimi ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımasından və səfirliyini Təl-Əvivdən işağl altında olan Qüdsə köçürməsindən sonra bölgə qan gölünə çevrilmişdi. Trampla İsrailin qanlı planına ən böyük dəstəyi verən şəxslərdən biri isə vəliəhd şahzadə Muhamməd bin Salmanın atası Kral Salman bin Abdüləziz əl-Suud tərəfindən “çox sürətli gedirsən, bir az yavaş ol” deyə xəbərdarlıq etdiyi irəli sürülür.

Bu iddiadan sonra başqa bir hadisə yaşanıb. Belə ki “Reuters”in verdiyi xəbərə görə Səudiyyə Kralı Salmanın  Trampa “Yüz ilin müqaviləsi”ni nəzərdə tutaraq “Şərqi Qüds Fələstinin paytaxtı kimi yer almasa bu planı dəstəkləyən deyilik” dediyi iddia edilib.

Həmçinin Kral Salmanın fələstinli qaçqınların geri qaytarılmasını da müdafiə etdiyi irəli sürülüb. Qərarını ABŞ-dakı yüksək vəzifəli məmurlara bildirən Kral Salman Fələstin lideri Mahmud Abbas və digər ərəb liderlərə bu yolda etibar bəxş edib.

Əldə edilən məlumatlara görə, Ər-Riyaddakı bir ərəb diplomat son zamanlardır ortalıqda görünməyən vəliəhd şahzadə Muhamməd bin Salmanın xarici siyasətdən uzaqlaşdırıldığını bildirib: “Artıq Səudiyyə Ərəbistanında bu mövzuda qərar verən vəliəhd şahzadə Muhamməd deyil, Kral Salmandır. ABŞ-ın etdiyi xəta nəticəsində bir ölkənin digər ölkələrə təzyiq göstərə biləcəyi düşünüldü. Amma bu mövzuda təzyiq olmaz”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar