Səudiyyədə qidanı israf edənlər cəzalanacaq

Səudiyyədə qidanı israf edənlər cəzalanacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanının Məşvərət Şurası qida israfçılığına görə cərimə nəzərdə tutan qanun layihəsinə baxır.

“A24.az” xəbər verir ki, əsas narahatlıq Krallığın artıq neçə ildir ki qida tullantılarının adambaşına düşən həcminə görə lider ölkə olması ilə bağlıdır.

Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, orta statistik səudiyyəli hər il 250 kq ərzaq məhsulu atır. Halbuki dünya üzrə bu göstərici 115 kq-dır.

Qida məhsullarına belə münasibət dövlət büdcəsinə ildə 13 milyard dollara (istehsal olunan ərzaq məhsullarının 40 faizi) başa gəlir.

Qanun layihəsinin müəllifləri təklif edirlər ki, restoran müştəriləri yeyilməyən qidaya görə (çəkisi 1 kq-ı keçdiyi təqdirdə) hesabın 5-20 faizi həcmində əlavə ödəniş etməlidirlər. Əgər müştərilər yeməyi özləri ilə apararlarsa, cərimədən azaddırlar. Ümumilikdə bu, Krallıqda toy və iftar mərasimlərinin, restoran və hotellərdə “İsveç stolları”nın təşkilatçılarına aiddir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar