Səudiyyədən böyük jest - Yəmənlilər Ümrə ziyarətinə gedə biləcəklər

Səudiyyədən böyük jest – Yəmənlilər Ümrə ziyarətinə gedə biləcəklər
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanı 3 ildən sonra yəmənlilərin ümrə ibadətlərini yerinə yetirmələri üçün ölkəyə gəlmələrinə icazə verib.

“A24.az” xəbər verir ki, bu barədə Yəmən Vəqflər və İrşad naziri Əhməd Atiyyə məlumat verib.

Nazir bildirib ki, kral ailəsi bu ildən etibarən yəmənlilərin Ümrə ziyarətini yerinə yetirmələri üçün qərarnaməni təsdiqləyib.

Husi silahlılarının ölkədə başlatdığı silahlı qarşıdurmalardan sonra Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına girişin 3 il dayandırıldığını xatırladan Atiyyə sözügedən qərarın verilməsi üçün nazirliyin böyük səy göstərdiyini vurğulayıb.

Qeyd edək ki, uzun müddətdir siyasi qarşıdurmaların davam etdiyi Yəməndə hakimiyyəti ələ keçirmək istəyən Husilər 2014-cü ildən bu yana  paytaxt Sana olmaqla bəzi əraziləri nəzarət altında saxlayır. Səudiyyə Ərəbistanının rəhbərliyi altında olan koalisiya qüvvələri isə 2015-ci ilin mart ayından başladılan “Stabillik Fırtınası Əməliyyatı” çərçivəsində hakimiyyətə bağlı olan qüvvələrə dəstək verir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar