A24 Xeber

Səudiyyəyə aid təyyarə təcili eniş etməli oldu: Yaralılar var

Səudiyyəyə aid təyyarə təcili eniş etməli oldu: Yaralılar var
46
22 May 2018 - 17:46

“Saudia” aviaşirkətinə məxsus, Mədinə şəhərindən Banqladeşin paytaxtı Dəkkəyə uçan təyyarə Ciddə şəhərində təcili eniş etməli olub.

A24.Az-ın  məlumatına görə, buna səbəb hidravlik sistemində qeydə alınan qüsur olub.

Qeyd olunur ki, pilotlar təyyarənin istiqamətini dəyişərək Ciddə hava limanında eniş etmək qərarına gəliblər.

Sərt eniş nəticəsində 52 sərnişinin yüngül xəsarətlər aldığı bildirilir.

Qeyd edək ki, hadisə zamanı təyyarədə 141 sərnişin və 11 heyət üzvü olub.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00