Sevgilinizə hansı gülü hədiyyə edərdiniz? - Çiçəklərin dili

Sevgilinizə hansı gülü hədiyyə edərdiniz? – Çiçəklərin dili
Want create site? Find Free WordPress Themes and plugins.
Sevgililər günü ərəfəsində çiçəklərin dilini öyrənin.
Hədiyyə seçimində çiçəklərə üstünlük verənlər üçün bəzi ipucları təqdim edirik:
Beləliklə, hansı çiçəyin mənası nədir?
Pion
 Ən geniş istifadə edilən buket çiçək olan pion romantizm və rifahı əks edir. Bundan başqa, bu qabarıq gözəl çiçəklərin şans gətirəcəyinə inanılır.
Qızılgül
 Bu klassik çiçək Sevgililər Günü üçün də ən populyar seçimdir. Çünki qırmızı güllər romantizmin, sevgi, gözəllik və mükəmməlliyin rəmzidir.
Gerbera qızçiçəyi
 Qızçiçəyi gözəlliyi məsumluğu və saflığı təcəssüm etdirir.  Qızçiçəyinin böyük bir növü olan Gerbera eyni zamanda sevinc bəxş edir.  Xoşbəxt bir an üçün alınan favorit çiçəklərdir.
 Zanbaq
 Dünyanın ən populyar çiçəklərindən olan zanbaqlar sevgi rəmzidir. Zərif bir hədiyyə almaq istəyənlər Sevgililər Günündə zanbaq seçimi edə bilər.
Kasa Blanka Zanbaqları
 
 Bu ağ çiçəklər gözəllik, sinif və stilin rəmzidir. Mürəkkəb tərzi olanlar bu zanbaqlardan böyük bir buket hazırlaya bilər.
Orxideya
 Səhləblər məlum olduğu kimi nadir çiçəklərdir. Bu səbəblə sevginin, gözəllik, lüks və gücün rəmzidir.  Klassikanı deyil, dəbdəbə sevənlər orxideyanı seçim edə bilər.
Qərənfil
 Yeni başlamış bir sevgi və qığılcım deməkdir. Həm sərfəli, həm şən, həm də gözəl qoxuyan çiçək növüdür.
Sarmaşıq
 Sarı, mavi-bənövşəyi və ağ rənglərdə olanlar inam və ümidi təmsil edir. Bu çiçəklərlə parlaq bir kombinasiya yaratmaq istəyirsinizsə, qırmızı lalə (zanbaq) və qızçiçəyi ilə qarışdıra bilərsiz.
Gardeniya
 Çox gözəl qoxuyan bu zərif çiçəklər saflıq və sevinci ifadə edir. Daha dərin, nostalji sevgini təmsil edir. Bahalıdır və tək-tək satılır.
Kolgemedia.az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Maraqlı, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar